22 Noyabr 2019, 11:29
FUTBOL
"Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matiç daha bir klubun diqqət mərkəzinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 31 yaşlı futbolçunu transfer etməyi planlaşdıran növbəti klub "Atletiko"du.
Madrid təmsilçisi Serbiya millisinin üzvünü qış fasiləsində heyətinə qatmaq niyyətindədi. Lakin ispanlar bu mübarizədə tək deyil. Belə ki, "İnter" və "Milan" da Matiçlə maraqlnır və onun keçidi üçün danışıqlara başlayıb.
Qeyd edək ki, Nemanya Matiçin "Mançester Yunayted"lə müqavilə müddəti gələn ilin yayına qədərdi.