22 Noyabr 2019, 16:28
FUTBOL
AVRO-2020-nin final mərhələsində keçiriləcək Danimarka - Rusiya oyununun ev sahibi müəyyənləşib. Buna püşkatma ilə aydınlıq gəlib. B qrupunda yer alan komandalar ya Sankt-Peterburq, ya da Kopenhagendə qarşılaşmalı idi.
AVRO-2020-nin final mərhələsində keçiriləcək Danimarka – Rusiya oyununun ev sahibi müəyyənləşib. Matc.az xəbər verir ki, buna püşkatma ilə aydınlıq gəlib.
B qrupunda yer alan komandalar ya Sankt-Peterburq, ya da Kopenhagendə qarşılaşmalı idi. Püşk görüşü Danimarkaya salıb. Bu isə o deməkdi ki, Danimarka qrupdakı hər 3 ev oyununu, Rusiya isə 2 görüşünü öz meydanında keçirəcək.
Qeyd edək ki, Avropa çempionatı gələn il iyunun 12-dən iyulun 12-dək baş tutcaq.