Premyer Liqanın XII turu çərçivəsində keçiriləcək "Neftçi" – "Qəbələ" oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub feysbuk səhifəsi vasitəsilə paylaşıb.

Qiymət VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir. Biletləri "Bakcell Arena"nın kassalarından əldə etmək mümkündü.

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək görüş saat 17:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest