Azərbaycanın gənclər millisinin futbolçusu Ozan Can Kökçünün qardaşı Orkun Kökçü yığma seçimini edib. 18 yaşlı oyunçu bu ölkənin millisində çıxış etmək qərarına gəlib. Orkun Hollandiyanın U-18 və U-19 komandalarında çıxış etsə də, yığma seçimini Türkiyənin xeyrinə edib.

Azərbaycanın gənclər millisinin futbolçusu Ozan Can Kökçünün qardaşı Orkun Kökçü yığma seçimini edib. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 18 yaşlı oyunçu bu ölkənin millisində çıxış etmək qərarına gəlib.

Bir ara Azərbaycanın aşağı yaş qrupu üzrə yığmasına çağırılması gündəmdə olan Orkun Hollandiyanın U-18 və U-19 komandalarında çıxış etsə də, yığma seçimini Türkiyənin xeyrinə edib. Bunu futbolçu özü açıqlayıb: "Türkiyədə özümü evimdəki kimi hiss edirəm. üstəlik, Hollandiya ilə müqayisədə burda daha rahat oynamaq şansım olar. Hollandiyanın aşağı yaş qrupu yığmasının kapitanı olmuşam. Ailəm də həmin ölkəni seçəcəyimi düşünürdü. Qərar vermək çətin oldu. Amma Türkiyəni üstün tutdum".

Qeyd edək ki, Orkun Kökçü hazırda "Feyenoord"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest