Futbol üzrə Fransa çempionatında 14-cü turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
"Brest" – "Nant" və "Mets" – "Reyms" oyunlarında komandalar hərəyə 1 qol və 1 xalla ayrılıblar.
 
"Anje" "Nim"i, "Dijon" "Renn"i məğlub yola salıb. "Strasburq" səfərdə "Amyen"i 4 cavabsız qolla məğlub edib.
 
Lion "Olimpik"i isə bu turda "Nitsa"nı qəbul edib və çətin qələbəyə sevinib.
 
Fransa Liqa 1
14-cü tur
22 noyabr
 
PSJ – Lill 2:0
Qol: İkardi, 17. Di Mariya, 31.
 
23 noyabr
 
Olimpik (Lion) – Nitsa 2:1
Qol: Adelayde, 11. Dembele, 28 – Dollberq, 78.
 
Amyen – Strasburq 0:4
Qol: Kasi, 43. Ayorke, 56. Motiba, 72. Da Kosta, 76.
 
Anje – Nim 1:0
Qol: Manqani, 67.
 
Brest – Nant 1:1
Qol: Kardona, 68 – Kulibali, 31.
 
Dijon – Renn 2:1
Qol: Sammartino, 70. Munir, 83 – Rafinya, 59.
 
Mets – Reyms 1:1
Qol: Traore, 47 – Disasi, 7.
 
24 noyabr
 
18:00 Bordo – Monako
20:00 Sent-Etyen – Monpelye
00:00 Tuluza – Olimpik (Marsel)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest