Portuqaliya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Pakuş Ferreyra" bu mərhələnin görüşünü öz meydanında keçirib.

Komanda "Sanjoanense"ni qəbul edib. Ev sahibləri 12-ci dəqiqədə vurduğu yeganə qolla qələbə qazanıb. Bununla "Pakuş Ferreyra" adını 1/8 finala yazdırıb.

Renat isə qarşılaşmanı sona qədər ehtiyat oyunçular skamyasından izləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest