25 Noyabr 2019, 09:46
FUTBOL
Dortmund "Borussiya"sı baş məşqçi dəyişikliyinə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub rəhbərliyi hazırkı çalışdırıcı Lusyen Favrı qovmağı planlaşdırır.
Bundesliqanın XII turunda öz meydanında autsayder "Paderborn"la bərabərə qalan (3:3) dortmundlular hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır. Bununla belə, rəhbərlik ona son şans verib. Komanda əgər çempionlar Liqasının qrup mərhələsindən 1/8 finala vəsiqə qazana bilməsə, Favr istefaya göndəriləcək.
Qeyd edək ki, Lusyen Favr "Borussiya"nın "sükanı arxası"na ötən ilin yayında keçib.