25 Noyabr 2019, 10:05
FUTBOL
PSJ hücumçusu Kilian Mbappeni komandada saxlamaqda israrlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris təmsilçisi bununla bağlı danışıqlara başlayıb.
Rəhbərlik ulduz futbolçunu ən azı Qətərdə baş tutacaq dünya çempionatına qədər klubda saxlamaq istəyir və buna görə Mbappeyə astronomik məbləğdə illik maaş verməyə hazırdı. Bununla bağlı idman direktoru Leonardo qarşı tərəflə danışıqlar aparır. Digər tərəfdən "Real" 20 yaşlı forvardın yaxınları ilə yaxşı əlaqə qurub, onun yeni müqaviləyə razılıq verməməsinə çalışır.
Qeyd edək ki, Kilian Mbappenin PSJ ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.