Braziliya A seriyasının qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, "Flamenqo" ölkə çempionluğunu qazanıb.

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Palmeyras" 34-cü turda "Qremio"ya 1:2 hesablı məğlub olaraq, liderə çatmaq şansını itirib. Bununla sona 4 tur qalmış aktivində 81 xalı olan "Flamenqo" çempionluğu rəsmiləşdirib.

Bir müddət əvvəl Libertadores Kubokunu da qazanan "Flamenqo" "Santos"un rekordunu təkrarlayıb. Sonuncu dəfə 1963-cü ildə əfsanəvi Pelenin də heyətində yer aldığı "Santos" bir mövsümdə hər 2 titulu qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest