İsveçli hücumçu Zlatan İbrahimoviç karyerasını ölkəsində davam etdirəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 38 yaşlı forvard "Hammarbü"yə keçəcəyini təkzib edib.

Bu klubun səhmlərinin 50%-nə sahib olan İbrahimoviç bu komandada oynamayacağını bildirib: "Hammarbü" ehtiraslı azarkeşlərə malik və İsveçdə gözəl tarixi ilə tanınan klubdu. Həmişə "Hammarbü"nü azarkeşləri sevmişəm. Klubun son illərdə həm yaşıl meydanlardakı, həm də ondan kənardakı uğurlarına heyranam. İsveçin ən maraqlı və nüfuzlu klublarından birini dəstəkləyən AEG ilə münasibətlərimi davam etdirməkdən məmnunam. Ancaq futbolçu kimi karyeramı burda davam etdirməyəcəm".

Qeyd edək ki, İbrahimoviçin yanvarda "Milan"a dönməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest