27 Noyabr 2019, 16:39
FUTBOL
Rumıniya millisinin yeni baş məşqçisi müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu posta Mirel Radoi gətirilib.
AVRO-2020-nin seçmə qrup mərhələsini 4-cü pillədə başa vuran rumınlar bu uğursuzluğa görə, Kosmin Kontranı istefaya göndərib. Bu vəzifədə onu 38 yaşlı Mirel Radoi əvəzləyib.
Qeyd edək ki, Rumıniya pley-offun yarımfinalında İslandiya ilə qarşılaşacaq. Görüş gələn il martın 26-da baş tutacaq.