Fransa yığmasının keçmiş futbolçusu Patrik Vieyra ABŞ-da çalışa bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 43 yaşlı mütəxəssis "İnter Mayami" klubunun diqqət mərkəzindədi.

Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin sahibi olduğu komanda baş məşqçi postuna məhz Vieyranı gətirmək niyyətindədi. Hazırda Fransada "Nitsa"nı çalışdıran Vieyra "İnter Mayami"nin prioritet hədəfidi. Ancaq bu keçidin reallaşması üçün amerikalılar "Nitsa"ya təzminat ödəməlidilər.

"İnter Mayami"nin siyahısında olan digər mütəxəssislər Roberto Martines və Marselo Qalyardodu. Martines hazırda Belçika yığmasının, Qalyardo isə "River Pleyt"in "sükanı arxası"ndadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest