Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sanço "Mançester Yunayted"lə bağlı fikrini dəyişib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc oyunçu "qırmızı şeytanlar"a keçməkdə artıq maraqlı deyil.

Buna səbəb Premyer Liqa təmsilçisinin əvvəlki imicini itirməsi və çempionluq uğrunda mübarizə aparmamasıdı. Halbuki "Mançester Yunayted" bu keçid üçün 100 milyon avro ödəməyə hazırdı.

19 yaşlı oyunçu özü karyerasını İspaniyada davam etdirməkdə maraqlıdı. Sanço "Barselona" və ya "Real"a keçmək fikrindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest