06 Dekabr 2019, 00:07
DÖYÜŞ NÖVLƏRİ
Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Matc.az xəbər verir ki, açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov ölkəmizdə güləş üzrə daha bir respublika çempionatının keçirilməsinin idmanın bu növünün inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. O, yarışda iştirak edən güləşçilərə uğurlar arzulayıb.
Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov qurumun prezident əvəzi Namiq Əliyevin adından iştirakçıları salamladıqdan sonra bu yarışın qaliblərinin gələn il mühüm beynəlxalq yarışlarda, o cümlədən lisenziya xarakterli turnirlərdə uğurla çıxış edəcəyinə əminliyini ifadə edib və Olimpiadaya çoxlu sayda vəsiqə qazanılacağına inandığını bildirib. Daha sonra yarışı açıq elan edilib və dövlət himni səsləndirilib.
Qeyd edək ki, açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti çingiz Hüseynzadə, AGF-nin vitse-prezidenti Namiq Əliyev də iştirak edib.