Yunan-Roma güləşi üzrə yığmamız ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayıb. Matc.az xəbər verir ki, millimiz bu gündən Belarusun paytaxtı Minskdə yerli komandayla birgə hazırlığa start verib.
Dekabrın 25-dək davam edəcək təlim-məşq toplanışında baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Murad Bazarov (60 kq), Murad Məmmədov, Taleh Məmmədov (hər ikisi 63 kq), İslambek Dadov, Namaz Rüstəmov, Rəsul çunayev (hamısı 67 kq), Sənan Süleymanov, ülvi Qənizadə (hər ikisi 72 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev, Zamir Məhəmmədov (hər ikisi 97 kq) və Beka Kandelaki (130 kq) iştirak edəcək.
Qeyd edək ki, komanda Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun rəhbərliyi altında Minskə yollanıb.