İran çempionatının XIV turunda "Maşinsazi"yə məğlub olan (0:2) "Traktor"da daha bir istefa baş verib. Baş məşqçidən sonra prezident də postundan ayrılıb. Belə ki, Cənubi Azərbaycanı təmsil edən klubun rəhbəri Qulam Rıza Sadegian istefa verib.

İran çempionatının XIV turunda "Maşinsazi"yə məğlub olan (0:2) "Traktor"da daha bir istefa baş verib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçidən sonra prezident də postundan ayrılıb.

Belə ki, Cənubi Azərbaycanı təmsil edən klubun rəhbəri Qulam Rıza Sadegian istefa verib. O, ayrılığını belə əsaslandırıb: "Meydandankənar bəzi məqamlar "Traktor"un uğur qazanmasını istəmir. Komandanın önünü kəsib, nəticələrə təsir edirlər".

Qeyd edək ki, bir neçə gün əvvəl baş məşqçi Mustafa Dənizli də vəzifəsindən istefa vermişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest