İtaliya A seriyasının XV turunda "Yuventus"la keçirilən oyun zamanı "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçin evinə oğrular girib.

Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, qarşılaşma zamanı serbiyalı futbolçunun Formellodakı villasını 3 nəfər qarət edib. Quldurlar 5 saat ("Rolex", "Hublo") və 100 min avro pul oğurlayıblar. Onların kimliyi barədə Roma polisi hələlik məlumat yaymayıb.

Qeyd edək ki, "Latsio" - "Yuventus" görüşü birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest