çinin Tsindao şəhərində cüdo üzrə "Masters" turnirinə start verilib. Matc.az saytının məlumatına görə, ilk günündə 5 çəki dərəcəsi üzrə yarışlar keçirilir.
Azərbaycan millisinin 4 cüdoçusu iki çəki dərəcəsində mübarizə aparıb.
Kişilər
66 kq
Bu çəkidəki təmsilçilərimizdən Orxan Səfərov yarışa 1/16 finaldan qoşulub. Lakin o, ilk cəhdindəcə ukraynalı Georgi Zantarayaya məğlub olub.
Nicat Şıxəlizadə də ilk mərhələdən azad olub. 1/16 finalda Boqdan Yadova (Ukrayna) qalib gələn cüdoçumuz monqolustanlı Xerlen Qanbolda yenilib.
Qadınlar
48 kq
Leyla Əliyeva 1/16 finalda çen-Hao Linlə (çin Taypeyi) üz-üzə gəlib. Ona qalib gələn cüdoçumuz növbəti mərhələdə Urantsetseq Munxbata (Monqolustan) uduzub.
Bu çəkidəki digər təmsilçimiz Ayşə Qurbanlı da uğursuz çıxışla yadda qalıb. O, 1/16 finalda üz-üzə gəldiyi ilk rəqibi olan fransalı Meleni Klemendən zəif olub.