12 Dekabr 2019, 22:52
DÖYÜŞ NÖVLƏRİ
Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman Mərkəzində yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilir. Matc.az xəbər verir ki, üç gün davam edəcək yarışda oğlanlar və qızlar 9 çəki dərəcəsində paytaxt birinciliyinin qaliblərini müəyyənləşdirirlər.
İlk yarış günündə Nəzrin Adnayeva (48 kq), Xədicə Baxışlı (63 kq), Fərid Zərbəliyev (46 kq), Əlihümbət Qafarov(60 kq), Cəmil Hacıyev( 81 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
İkinci yarış günündə Aydan Vəliyeva (40 kq), Zeynəb Məmmədova (52 kq), Sahib Babayev (50 kq), Elnur Qasımov (66 kq), Vüsal Qazıxanov (90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Paytaxt birinciliyinin qalib və mükafatçılarına Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman baş idarəsinin medal və diplomları təqdim olunub.
Xatırladaq ki, Bakı şəhər açıq birinciliyində 54 klubdan 576 yeniyetmə cüdoçu mübarizə aparır. Yarışa dekabrın 13-də yekun vurulacaq.