17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq. Matc.az xəbər verir ki, hazırlıq dekabrın 16-da başlayacaq.

Ayın 22-dək Bakıda davam edəcək hazırlıq prosesinə 25 futbolçu dəvət olunub.

U-17-nin heyəti: Aytac Feyzullayeva, Fidan Cəfərova, Nahidə Məmmədova (hamısı "Gənclik"), Mədinə Gözəlova, Rabiya Mustafazada, Türkan Abdullayeva (hamısı "Xırdalan City"), Milana Rəhimova, Rübabə Atakişizadə, Fatimə Əhmədli, Nurçin Tarverdizadə, Mələk Hacıyeva, Günay Azayeva (hamısı 8-İOEUGİM), Nigar Bayramova, Fatimeyi Zəhra Hüseynli, Mujgan Seyidova (hamısı "Balxurma"), Aytac Mirzəyeva, İntizar Haqverdiyeva, Yeganə Kazımova (hamısı "Amasiya"), Yasmin Abdullayeva, Züleyxa Zamanlı (hər ikisi "Keşlə"), Samirə Aşırova ("Zaqatala"), çinarə Mürsəlova (UGİM Naftalan), Lamiyə Adimova (UGİM Qax), Aytac Bayramlı ("Sumqayıt"), Aydan Asad-zada ("Gömrükcü").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest