"Sabah"ın U-14 komandası Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Audi Cup" turnirində iştirak edir. Matc.az xəbər verir ki, komanda turnir çərçivəsində ilk oyununu İspaniyanın "Levante" komandasına qarşı keçirib.

Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. Oyunda "Sabah"ın yeganə qoluna son dəqiqədə penaltidən Anar Cəbiyev imza atıb.

"Sabah" növbəti oyununu bu gün yerli "Saburtalo"ya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest