13 Dekabr 2019, 14:23
FUTBOL
Avropa Liqasında qrup mərhələsinin sonuncu turunun rəmzi komandası müəyyənləşib. Matc.az xəbər verir ki, "Mançester Yunayted" simvolik "11-lik"də 3 futbolçu ilə təmsil olunub.
"Qarabağ"ın yer aldığı qrupda APOEL - "Sevilya" matçında birincilərin qapıçısı Vid Beleç həftənin qolkiperi adına layiq görülüb.
Qapıçı: Vid Beleç (APOEL)
Müdafiəçilər: Eşli Yanq ("Mançester Yunayted"), Yoris Qnanyon ("Renn"), Gernot Troner (LASK), Qael Klişi ("Başakşəhər")
Yarımmüdafiəçilər: Bukayo Saka ("Arsenal"), Roman Bezus ("Gent"), Xuan Mata ("Mançester Yunayted"), Takuma Asano ("Partizan")
Hücumçular: Dioqo Jota ("Vulverhempton"), Meyson Qrinvud ("Mançester Yunyated").