"Liverpul"un baş məşqçisi Yurgen Klopp klubla müqavilə müddətini yeniləyib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, almaniyalı mütəxəssis 2021-ci ilin yayına qədər olan anlaşma müddətini uzadıb. Artıq o, 2024-cü ilin yayına qədər "qırmızılar"a məxsusdu. ötən mövsüm onun rəhbərliyi altında çempionlar Liqasını qazanan "Liverpul" cari mövsüm Premyer Liqada çempionluğa doğru irəliləyir.

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən "Liverpul"u çalışdırır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest