13 Dekabr 2019, 16:30
FUTBOL
çempionlar Liqasında qrup mərhələsinin son turunun ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA-nın keçirdiyi səsvermədə azarkeşlər 4 namizəd arasında seçim edib.
Nəticədə "Mançester Siti"nin hücumçusu Qabriel Jezuş turun ən yaxşısı seçilib. Braziliyalı forvard ötən turda het-trikə imza ataraq buna nail olub.
Jezuş digər iddiaçılar Arkadiuş Milik ("Napoli"), Neymar (PSJ) və Joao Feliksi ("Atletiko") qabaqlamağı bacarıb.