çinin Tsindao şəhərində keçirilən cüdo üzrə "Masters" turniri başa çatmaq üzrədi. Matc.az saytının məlumatına görə, üçüncü - sonuncu gündə Azərbaycan yığmasının daha 5 cüdoçusu yarışa qoşulub.
Kişilər
90 kq
Məmmədəli Mehdiyev 1/16 finaldan mübarizəyə qoşulub. O, ilk rəqibi Aleksandar Kukoliyə (Serbiya) məğlub olaraq, medaldan əlini üzüb.
100 kq
Bu çəkidə iki idmançımız iştirak edib. Ancaq həm Elmar Qasımov, həm də Zelim Kotsoyev uğursuz start götürüb. Onlar 1/16 finalda müvafiq olaraq Peter Paltçik (İsrail) və Arman Adamyana (Rusiya) yenilərək mübarizəni dayandırıblar.
+100 kq
Bu çəkidəki təmsilçimiz Uşanqi Kokauri ilk rəqibi Ruslan Şahbazovu (Rusiya) üstələsə də, 1/8 finalda braziliyalı David Mouraya uduzub.
Qadınlar
+78 kq
İrina Kindzerska kişilərdən fərqli, daha uğurlu çıxış edib. 1/16 finalda yarışa qoşulan cüdoçumuz ardıcıl olaraq Anne Fatumata Bayro (Fransa), Yanan Yianq (çin) və Bitrayz Souzanı (Braziliya) məğlub edərək, yarımfinala yüksəlib. Onun final yolundakı qurbanı Cənubi Koreya təmsilçisi Hayun Kim olub. Kindzerska həlledici görüşdə Tessi Savelkulsla görüşüb. Lakin hollandiyalıya məğlub olan təmsilçimiz turnirin gümüş medalını qazanıb.