16 Dekabr 2019, 17:23
FUTBOL
"Rubin" klubu baş məşqçisi Roman Şaronovla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Kazan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Şaronov bu ilin yayından "Rubin"i çalışdırırdı.
Qeyd edək ki, Kazan klubu Rusiya Premyer Liqasında 16 komanda arasında 13-cü sıradadı.