İspaniya La Liqasının X turundan təxirə salınmış matçda "Real"la qarşılaşacaq "Barselona" oyuna ciddi itki ilə çıxacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubunun daha bir oyunçusu "El Klasiko"nu buraxacaq.

Hücumçu Usman Dembeledən sonra yarımmüdafiəçi Artur Ramosun da "Nou Kamp"dakı qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib. Əzələ problemi ucbatından 3 həftədi komandadan ayrı düşən Braziliya millisinin üzvü hazırda bərpa dönəmi keçir. Həkimlər onun ən yaxşı halda yanvarın 4-də "Espanyol"la görüşə yetişəcəyini açıqlayıb.

Qeyd edək ki, "Barselona" - "Real" qarşılaşması sabah keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest