Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona Argentina millisinin kapitanı Lionel Messi barədə danışıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Maradona "Barselona"nın superulduzu haqda heç vaxt tənqidi fikir səsləndirmədiyini bildirib.

O, Leo ilə münasibətlərinin yaxşı olduğunu da vurğulayıb: "Messi ilə heç vaxt mübahisə etməmişəm. Aramızda pis münasibət var? Mən argentinalıyam və Leonu da tənqid etməmişəm. Onunla dost münasibətimiz var".

Qeyd edək ki, Maradona Argentina millisi ilə Dç-1986-nın qalibi olub. Messinin yığmada ən yaxşı göstəricisi isə Dç-2014-ün gümüş medalıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest