Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarındakı neqativ hallar müzakirə edilib. Cəza yalnız "Qəbələ" - "Sabah" görüşünə şamil edilib.

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az saytının məlumatına görə, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarındakı neqativ hallar müzakirə edilib.

Cəza yalnız "Qəbələ" - "Sabah" görüşünə şamil edilib. 4 futbolçusu sarı vərəqə alan bakılılar 800 manat cərimələnib. Görüşün 90+3-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan qovulan "Qəbələ"nin futbolçusu ülvi İsgəndərov isə 1 oyunluq cəzalandırılıb, klubunu 200 manat ziyana salıb.

Qeyd edək ki, "Qəbələ" - "Sabah" matçı birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest