İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovu cəzalandırıb. Buna səbəb "Albasete"nin oyunçusunun İspaniya Sequndasının XX turunda "Rayo Valyekano" ilə keçirilən görüşün 45+4-cü dəqiqəsində rəqib futbolçunu başla vurduğu üçün birbaşa qırmızı vərəqə almasıdı.

İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovu cəzalandırıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb.

Buna səbəb "Albasete"nin oyunçusunun İspaniya Sequndasının XX turunda "Rayo Valyekano" ilə keçirilən görüşün 45+4-cü dəqiqəsində rəqib futbolçunu başla vurduğu üçün birbaşa qırmızı vərəqə almasıdı. 27 yaşlı orta sahə oyunçusu bu hərəkətinə görə, 2 oyunluq cəzaya məruz qalıb.

Qeyd edək ki, "Rayo Valyekano" - "Albasete" qonaqların futbolçusu Roman Zozulyanın azarkeşlərin təhqirlərinə məruz qalması səbəbindən yarımçıq dayandırılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest