Cənubi Koreyada 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu ada "Tottenhem"in yarımmüdafiəçisi Son Hun Min layiq görülüb.

Bununla Son 4-cü dəfə ölkəsində ilin futbolçusu seçilib. 27 yaşlı oyunçu 2013, 2014 və 2017-ci illərdə də bu mükafata sahib çıxıb.

Son Hun Min eyni zamanda 4 dəfə Asiyanın ən yaxşısı seçilib - 2014, 2015, 2017, 2018.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest