"Mançester Siti"nin məşqçisi Mikel Arteta komandasını dəyişməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc mütəxəssis tezliklə "Arsenal"ın "sükanı arxası"na keçəcək.

Pep Qvardiolanın yetirmələri olan ispaniyalı mütəxəssis bugünkü məşq zamanı texniki heyət və futbolçularla vidalaşıb. Onun həftə sonuna qədər "Arsenal"a təyinatının rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, Mikel Arteta "Mançester Siti"də məşqçi vəzifəsinə 2016-cı ilin yayında təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest