Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Dinamo" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərlik Kirill Novikovu saxlamaq qərarına gəlib.

Oktyabrın 8-də bu posta müvəqqəti gətirilən Novikov baş məşqçi kimi təsdiqlənib. Onunla 2021-ci ilin yayına qədər müqavilə imzalanıb. Həmçinin Novikovun köməkçilərinin də sözləşmə müddəti yenilənib.

Qeyd edək ki, "Dinamo" 19 turdan sonra Premyer Liqada 24 xalla 8-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest