"Tottenhem" futbolçusu Tobi Alderveyreldin müqaviləsinin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

London təmsilçisi 30 yaşlı müdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Belçikalı futbolçu yeni anlaşma ilə həftəlik 150 min funt-sterlinq qazanacaq.

Qeyd edək ki, 2015-ci ildən "Tottenhem"in formasını geyinən Alderveyreld bu mövsüm 20 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest