Hollandiyada "Den Boş"da oynamış, daha sonra "Neymegen"ə keçmiş Ziya burada debüt etməmişdi. Elə gəldiyi ölkəmizdə də rəsmi matç görməyib. Məsələ burasındadı ki, ayağında yaranan çatın müalicəsi yekunlaşmamış daha ciddi problemi üzə çıxmışdı.

"Keşlə" yarımmüdafiəçisi Ziya Əzizovla yollarını ayırır. Matc.az xəbər verir ki, yayda ölkəmizə gələn futbolçu paytaxt klubunda heç bir rəsmi oyuna çıxmadan yola salınır.

Məsələ burasındadı ki, o, həmin dövrdə "Zirə" ilə yoxlama matçında zədə almışdı və həmin vaxtdan özünə gəlmirdi.

Hollandiyada "Den Boş"da oynamış, daha sonra "Neymegen"ə keçmiş Ziya burada debüt etməmişdi. Elə gəldiyi ölkəmizdə də rəsmi matç görməyib. Məsələ burasındadı ki, ayağında yaranan çatın müalicəsi yekunlaşmamış daha ciddi problemi üzə çıxmışdı.

Yarımmüdafiəçi öd kisəsində daşlar olduğundan əməliyyat edilmişdi. Məhz bu üzdən uzun müddət məcburi istirahət etmək məcburiyyətində qalmışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest