"Real" qış transfer dönəmində hücumçu almayacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan deyib.

Fransalı mütəxəssis ön xətt oyunçularından məmnun qaldığını söyləyib: "Yanvar ayında hücumçu alacağıq? Xeyr. Qış "transfer pəncərəsi"ndə başqa forvardın alınmasına ehtiyac duymuram. çempionatda liderdən geri qalmağımız məni əsəbiləşdirir. Ancaq oyunçularımı günahlandıra bilmərəm. Komandanın inkişafından məmnunam. Ağır başlanğıc gördük, ancaq mövsüm ərzində əhəmiyyətli dərəcədə yaxşılaşdıq".

Qeyd edək ki, La Liqada 18 turdan sonra "Barselona" 39 xalla liderlik edir, "Real"ın aktivində isə 37 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest