Ekvador futbolunda faciə baş verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Edison Realpe həlak olub.

Belə ki, "LDU Kito" klubunun futbolçusu avtomobil qəzasında ölüb. Bunu klubun mətbuat xidmətinin rəhbəri də təsdiqləyib. Bu gün 23 yaşlı Realpe son mənzilə yola salınacaq.

Qeyd edək ki, Edison Realpe Ekvadorun gənclər yığmasının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest