Almaniya millisinin qapıçısı Manuel Noyer millidən getməyə hazırlaşmır. Matc.az saytının "Kicker"ə istinadən məlumatına görə, bunu 33 yaşlı qolkiper özü deyib.

"Bavariya"nın oyunçusu hətta 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında da iştirak etmək arzusundadı: "Millidə karyeramı davam etdirmək məsələsi açıqdı. Əvvəlcə sağlamlığımı izləyəcəm, düzgün formada olmağa çalışacam və oyundan zövq alıb-almadığımı görəcəm. Hazırda öz ölkəmizdə təşkil olunacaq Avropa çempionatında iştirak etməyə hazıram. Formadayam və buna tam hazıram".

Qeyd edək ki, Manuel Noyer bu mövsüm Bundesliqada keçirdiyi 17 oyunda 17 qol buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest