İspaniya La Liqasının XVIII turunda "Atletik"lə qarşılaşan "Real" iki xalla yanaşı, bir futbolçusunu da itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, kapitan Serxio Ramos cəzalı duruma düşüb.

Qarşılaşmanın 87-ci dəqiqəsində sarı vərəqə alan ulduz futbolçu bu sayı 5-ə çatdırıb və limiti doldurub. Bu üzdən 33 yaşlı müdafiəçi XIX turda "Xetafe" ilə matçı buraxacaq.

Qeyd edək ki, Serxio Ramos "Real"ın heyətində keçirdiyi 628 oyunda 207 sarı, 7 qırmızı vərəqə alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest