2019-cu ildə "tvitter"də və "instagram"da ən çox populyar olan klub məlum olub. Matc.az xəbər verir ki, bu, "Barselona"dı.

Kataloniya təmsilçisinin "tvitter" hesabındakı paylaşımlarına 94,5 milyon dəfə reaksiya verilib. Populyarlığına görə ikinci sırada "Liverpul"du. Mersisayd təmsilçisinin paylaşımlarına 87,1 milyon dəfə münasibət bildirilib. üçüncü sıradakı Braziliyanın "Flamenqo" klubu ilə bağlı paylaşımlar isə 86 milyon dəfə reaksiya qazanıb.

"Barselona" həm də, "instagram"da ən çox bəyənilən klubdu. Kataloniya təmsilçisinin "instagram"dakı paylaşımlarına il ərzində 1,081 milyard reaksiya verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest