"Real"ın yarımmüdafiəçisi İsko karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu "çelsi"nin maraq dairəsinə düşüb.

Transfer qadağası ləğv edilən London klubu qış fasiləsində 27 yaşlı oyunçunu heyətinə qatmağa çalışacaq. "Kral klubu" da öz növbəsində "Tottenhem"in yarımmüdafiəçisi Kristian Erikseni almaq fikrindədi. Danimarkalının transferi reallaşarsa, İskonun "çelsi"yə keçidinə razılıq veriləcək.

Qeyd edək ki, İsko bu mövsüm La Liqa 10 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest