"Klubun maliyyə balansı var ki, onu poza bilmərik. Maaşını artırmaq istəməsi haqda xəbərlər doğrudu. Onun belə bir şərt irəli sürməsini başa düşürük. Hazırda azad agentdi. Amma qeyd etdiyim kimi, biz onunla yeni müqaviləni digər futbolçularla da maliyyə balansını qorumaqla bağlaya bilərik".

"Qarabağ" Riçard Almeydanın klubdan ayrılması ilə bağlı Qazaxıstan mətbuatına verdiyi açıqlamaya münasibət bildirib. Matc.az xəbər verir ki, klubun direktoru Əmrah çəlikəl bildirib ki, onlar futbolçuya yeni müqavilə təklif ediblər.

Klub rəsmisi bununla bağlı danışıq olduğunu da vurğulayıb: "Biz təklifimizi irəli sürmüşük və hazırda ondan cavab gozləyirik. Qazaxıstan mediasında dediklərini bizim saytlarda görmüşük. Almeydanın bizimlə müqaviləsi başa çatıb. Bizə klubdan ayrılması ilə bağlı heç nə deməyib".

Klub rəsmisi Almeydanın "Qarabağ"dan illik 650 min dollar tələb etməsi haqda xəbərlərə də toxunub: "Klubun maliyyə balansı var ki, onu poza bilmərik. Maaşını artırmaq istəməsi haqda xəbərlər doğrudu. Onun belə bir şərt irəli sürməsini başa düşürük. Hazırda azad agentdi. Amma qeyd etdiyim kimi, biz onunla yeni müqaviləni digər futbolçularla da maliyyə balansını qorumaqla bağlaya bilərik. Ayrılmaq haqda açıqlamasına gəlincə, şəxsən özü bizə bu haqda heç nə deməyib".

çəlikəl onu deyib ki, "Qarabağ"ın Almeydanın son müqavilədəki maaşı azaltması barədə fikirlər doğru deyil: "Belə bir şey olmayıb". Qol.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest