"Zalsburq"un hücumçusu Erlinq Haland İtaliyaya köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc forvard uğrunda mübarizədə "Yuventus" qalib gəlib.

Yerli KİV "Milan"ın israrla heyətinə qatmağa çalışdığı Norveç millisinin üzvünün "qoca sinyora" ilə anlaşdığını iddia edib. Turin təmsilçisi 19 yaşlı forvardı keçidə razı salmağı bacarıb. İndi qalır "Zalsburq"la anlaşmaq. Klub qolçusunu 30 milyon avroya satmağa hazırdı.

Qeyd edək ki, Erlinq Haland bu mövsüm Avstriya çempionatında 16, çempionlar Liqasında isə 8 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest