"Braqa" baş məşqçisi Rikardo Sa Pintuyla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Sa Pintuyla müqaviləyə xitam verilib. 47 yaşlı mütəxəssis bu ilin avqustunda "Braqa" ilə 2 illik müqavilə imzalamışdı.

Avropa Liqasında pley-off mərhələsinə yüksələn "Braqa" Portuqaliya çempionatında 14 turdan sonra 10-cu sıradadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest