Bir müddət əvvəl "Arsenal"ı müvəqqəti çalışdıran Fredrik Yunqberqin London təmsilçisindəki durumu məlum olub. Matc.az xəbər verir ki, isveçli mütəxəssis komandada işləməyə davam edəcək.

Bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Yunqberq "topçular"ın yeni baş məşqçisi Mikel Artetanın rəhbərlik etdiyi məşqçilər korpusuna daxil edilib.

Yunqberq keçmiş baş məşqçi Unay Emerinin istefaya göndərilməsindən sonra komandaya rəhbərlik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest