"Sabah"ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ikinci rəqib də müəyyənləşib. Bakılılar toplanış çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununda Rumıniyanın "Akademika Klinçeni" komandası ilə üz-üzə gələcək.

"Sabah"ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı ikinci rəqib də müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bakılılar toplanış çərçivəsində keçirəcəyi ikinci yoxlama oyununda Rumıniyanın "Akademika Klinçeni" komandası ilə üz-üzə gələcək. Görüş yanvarın 15-də baş tutacaq. Buna qədər "Sabah" yanvarın 11-də Macarıstan təmsilçisi "Pakş"la üz-üzə gələcək. Paytaxt təmsilçisi yanvarın 19-da və 20-də də yoxlama görüşü keçirməyi planlaşdırır.

Qeyd edək ki, "Akademika Klinçeni" yanvarın 18-də "Qarabağ"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest