"Liverpul"un Klublararası Dünya çempionatında "Flamenqo"nu 1:0 hesabıyla məğlub etdiyi final oyununda zədələnən futbolçusu Aleks-Oksleyd çemberleynin vəziyyətinə aydınlıq gəlib.

Matc.az xəbər verir ki, ingiltərəli futbolçu 2019-cu ilin qalan iki oyununda iştirak etməyəcək. Baş məşqçi Yurgen Klopp futbolçunun ayaq biləyindən zədələndiyini, onun "Letser" və "Vulverhempton"la oyunda iştirak etməyəcəyini bildirib: "çemberleynin ayaq biləyinin üç kənar bağlarından biri zədələnib. Sağalma prosesinin necə irəlilədiyini görməliyik, onun nə vaxt qayıdacağı ilə bağlı heç nə bilmirik".

Qeyd edək ki, cari mövsümdə "Liverpul"un heyətində 21 oyun keçirən futbolçu 5 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest