"çelsi"nin müdafiəçisi Markos Alonso İtaliyaya köçə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "İnter" ulduz futbolçunun transferində maraqlıdı.

"Neradzurra"nın baş məşqçisi Antonio Konte "Fiorentina"dan yaxşı tanıdığı ispaniyalı cinah oyunçusunu ixtiyarında görməkdə israrlıdı. "çelsi"də son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkən Alonso özü də bu keçidin əleyhinə deyil. Londonlular 29 yaşlı müdafiəçisini 40 milyon avroya satmağı planlaşdırır. Ancaq italyanlar bu məbləğin yüksək olduğunu düşünür. Bu yöndə danışıqlar davam edir.

Qeyd edək ki, Markos Alonso bu mövsüm 14 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest