Tokio-2020 Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya Təsnifat Turniri gələn il yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində olacaq. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına start verib. Matc.az xəbər verir ki, yığmamız Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığa Voleybol Mərkəzində başlayıb. Vasif Talıbovun rəhbərlik etdiyi komanda ilkin məşqləri Bakıda keçirəcək. Voleybolçularımız ardınca Türkiyə və Polşada təlim-məşq toplanışında olacaqlar. Komandamız hazırlığın gedişində bir neçə yoxlama matçında qüvvəsini sınamağı da planlaşdırır.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları üçün Avropa Olimpiya Təsnifat Turniri gələn il yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində olacaq. A qrupunda yer alan Azərbaycan millisi mübarizəyə ev sahibləri ilə başlayacaq. Ardınca Bolqarıstanla qarşılaşacaq yığma son matçda Polşa ilə üz-üzə gələcək.
Digər qrupda isə Almaniya, Türkiyə, Xorvatiya və Belçika qüvvəsini sınayacaq. Yarışın qalibi Olimpiadada iştirak hüququna yiyələnəcək.
07.01.2020
19:00. Polşa – Bolqarıstan
22:30. Azərbaycan – Hollandiya
08.01.2020
22:30. Bolqarıstan – Hollandiya
09.01.2020
19:00. Bolqarıstan – Azərbaycan
22:30. Hollandiya – Polşa
10.01.2020
23:00. Polşa – Azərbaycan

07.01.2020
16:00. Almaniya – Türkiyə
08.01.2020
16:00. Xorvatiya – Türkiyə
19:00. Belçika - Almaniya
09.01.2020
16:00. Belçika - Xorvatiya
10.01.2020
16:30. Almaniya - Xorvatiya
19:30 Türkiyə - Belçika

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest