25 Dekabr 2019, 17:56
FUTBOL
"Bavariya"nın yarımmüdafiəçisi Filipp Koutinyo İngiltərəyə qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Premyer Liqanın 3 klubu Braziliya millisinin üzvü ilə maraqlanır.
Belə ki, "Tottenhem", "çelsi" və "Mançester Yunayted" 27 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədi. İngilislər Koutinyonu mövsümün sonunda müqavilə ilə "Barselona"ya məxsus olan "Barselona"dan transfer etməyə çalışacaqlar. PSJ-dən Neymarı transfer etmək istəyən Kataloniya təmsilçisi də həmin məbləğin bir qismini Koutinyonun satışından əldə etməyi düşünür.
Qeyd edək ki, Filipp Koutinyo bu mövsüm 15 oyunda iştirak edib, 5 qol, 6 assistə imza atıb.